Azərbaycan Triatlon Federasiyasının prezidenti Elçin Əliyev istefa verib.
Qurumdan BUTA.TV-a verilən məlumata görə, funksioner son bir ildə triatlon idman növünün inkişafi üçün Gənclər və İdman Nazirliyi ilə birlikdə çox işlər görüldüyünü bildirib.
O, bu müddət ərzində müxtəlif formatlı idman yarışlarının keçirildiyini söyləyib: "Triatlonla məşğul olanların sayı dəfələrlə artıb, klublar yaradılıb. Uşaqların bu növə cəlb olunması istiqamətində davamlı iş aparılıb, onlar üçün yarışlar təşkil olunub. Mənim əsas fəaliyyətim innovasiyalarla bağlıdır və hazırda rəhbərliyim altında Azərbaycanda və bir sıra xarici ölkələrdə mürəkkəb innovativ layihələr üzərində iş gedir və bununla yanaşı il ərzində mənim silsilə ezamiyyətlərim planlaşdırılıb".
Elçin Əliyev vaxt azlığı ilə bağlı federasiyanın işində əvvəlki həmcdə aktiv iştirak imkanının olmayacağını diqqətə çatdırıb: "Bütün tərəfdaşlara dərin minnətdarlığımı bildirirəm: əsas tərəfdaş Gənclər və İdman Nazirliyi, Bakı Su İdmanı Sarayı, ASAN innovasiya mərkəzi, BCC, PMD, FİNOKO, AQVAVİTA, METAK, Alufar, Nərəkənd. Bununla yanaşı mən triatlonun inkişafında gələcəkdə də mövcud zaman resursları çərçivəsində iştirak etməyə hazıram və öz təcrübəmlə bundan sonra da bu idman növünün Azərbaycanda inkişafına öz töhfəmi verəcəyəm".
Qeyd edək ki, Elçin Əliyev 2021-ci il dekabrın 21-də Azərbaycan Triatlon Federasiyasının prezidenti seçilmişdi.
- Təyyarə qəzası: həlak olan hərbçilərdən 18-nin nəşi tapıldı
- Azərbaycanın bu silahı İranı qorxutdu
- AzTV-nin müxbiri təyyarənin düşdüyü ərazidə ağır xəsarət aldı
- C-130 son 4 gündə Gəncəyə neçə reys həyata keçirib?
- Şəhidin son telefon danışığı: Ata, qayıdırıq, tarlanı əkmisən?
- Türk ekspertlərdən iddialar: Toqquşma, təxribat və ya hücum...
- Konstitusiya xalqımızın milli mənafeyinə xidmət edir - Deputat
- C-130 qəzası: Azərbaycan MiQ-i də Xəzərə belə düşmüşdü