İsrail MOSSAD təşkilatının kəşfiyyat məlumatları əsasında Yunanıstanın təhlükəsizlik xidməti ölkədə İrana məxsus şəbəkənin terror aktının qarşısını almağa müvəffəq olub.
BUTA.TV xəbər verir ki, bu barədə “Yerusalem Post” məlumat yayıb.
İsrailin kəşfiyyat agentliyi yunanıstanlı həmkarlarına İranın əməliyyat planlarını təhlil etmək, terror təşkilatının əsas metodlarını aşkarlamaq sahəsində yardım göstərib.
“MOSSAD-ın bəyanatında deyilir ki, iranlı terrorçular Yunanıstandakı yəhudiləri hədəf alıblar. Onların digər ölkələrdə də İsrail nümayəndəliklərinə qarşı terror aktları törətmək planları var. MOSSAD eyni zamanda, İranın Yunanıstandakı terror şəbəkəsi ilə qlobal terror əməliyyatları arasında əlaqəni müəyyən etməyə də kömək edib. Biz tərəfdaşlarımızla birlikdə İranın dünyada sabitliyə zərbə vurmaq niyyətinin qarşısını almaq istiqamətində fəaliyyətimizi yorulmadan davam etdirəcəyik”, - deyə bəyanatda bildirilir.
Həmçinin qeyd edilir ki, İranın terror şəbəkəsi Afinadakı yəhudi sinaqoquna hücum planı hazırlayırmış.
- Təyyarə qəzası: həlak olan hərbçilərdən 18-nin nəşi tapıldı
- Azərbaycanın bu silahı İranı qorxutdu
- AzTV-nin müxbiri təyyarənin düşdüyü ərazidə ağır xəsarət aldı
- C-130 son 4 gündə Gəncəyə neçə reys həyata keçirib?
- Şəhidin son telefon danışığı: Ata, qayıdırıq, tarlanı əkmisən?
- Türk ekspertlərdən iddialar: Toqquşma, təxribat və ya hücum...
- Konstitusiya xalqımızın milli mənafeyinə xidmət edir - Deputat
- C-130 qəzası: Azərbaycan MiQ-i də Xəzərə belə düşmüşdü