Avropa İttifaqı Missiyası rəhbərinin Ermənistan tərəfinin yalan və böhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirməsini, Aİ Missiyasının əsas vəzifəsinin “Ermənistanı Azərbaycandan qorumaq” kimi təqdim etməsini qətiyyətlə qınayırıq.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.
"Bu Missiyanın Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməsinə imkan verilməməsinin zəruriliyi tərəfimizdən dəfələrlə vurğulanıb.
Aİ missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir.
Kəmaləddin Heydərovun 3 müavini eyni vaxtda niyə işdən çıxarıldı? - DETALLAR
Ermənistan tərəfinin Aİ Missiyasının mövcudluğundan vəziyyəti daha da gərginləşdirmək və öz öhdəliklərindən boyun qaçırmaq məqsədilə sui-istifadə etməsinə imkan yaratmamalıdır.
Aİ Missiyası yalan və böhtan dolu iddialara yer verməməli və mandatına uyğun fəaliyyət göstərməlidir".
Qeyd edək ki, Almaniyanın "Deutsche Welle" qəzetində yayımlanmış müsahibədə Avropa İttifaqının (Aİ) Ermənistandakı Missiyasının rəhbəri Markus Ritter iddia edib ki, “Azərbaycanın yaz aylarında hücuma hazırlaşdığının Ermənistan tərəfindən iddia edildiyini”, “belə bir hücum olmayacağı təqdirdə, bunun Aİ Missiyasının uğuru olacağını” qeyd edib.
- Serbiyaya təbii qazın ixrac həcmi artırılacaq
- Zirədən ixrac edilən məhsullar çox ləzizdir - Vuçiç
- Əliyev və Vuçiç mətbuata bəyanatla çıxış edirlər
- Sumqayıtda 33 yaşlı kişi dəm qazından boğuldu
- Magistraturaya qəbul imtahanı keçirildi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Həcc üçün sənəd qəbulunun vaxtı uzadıldı
- Qubada məktəbli özünü güllələyərək öldürdü