Göygöl rayonunda kişi bıçaqlanıb, arvadı şübhəli bilinir.
BUTA.TV xəbər verir ki, hadisə martın 28-i saat 20 radələrində rayonun ərazisində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü D.Əliyeva əri, 1991-ci il təvəllüdlü Elçin Zakir oğlu Süleymanov ilə yaşadıqları evdə qısqanclıq zəminində aralarında mübahisə yaranıb. Mübahisə zamanı qadın mətbəx bıçağı ilə Elçin Süleymanovun qarın nahiyəsinə bir zərbə vurub.
Nəticədə kişi bədən xəsarəti alıb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
- Qızıl öpüşdən qara seriyaya - 12 illik kabus
- DÇ-də sensasiya - Almaniya Paraqvaya uduzdu-Yenilənib
- Bu məktəbin tikintisinə 1 milyon manat xərclənəcək
- Braziliya 1/8 finalda! - Video-Yenilənib
- “Nemetskiy şot” olur” - Həmin fotodan danışdı
- Zabit olmaq istəyənlərin diqqətinə!
- Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
- Ayfon-18-in bu xüsusiyyəti məyusluq yaradacaq