Rusiya Ermənistandan süd və süd məhsullarının tədarükünü məhdudlaşdıra bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
“Bu il Ermənistandan Rusiya bazarına süd məhsullarının tədarük həcminin artması ilə əlaqədar “Rosselxoznadzor” bu artımın səbəblərini öyrənmək üçün iş aparıb. Məlum olub ki, İrəvanın süd emalı müəssisələri İran istehsalı olan xammaldan istifadə edir. Bundan başqa, Ermənistanda istehsalçılara Rusiyaya tədarük hüququ olmayan İran müəssisələrinin xammalından istifadə etməyə icazə verilir. Aşkar edilmiş pozuntular onu göstərir ki, süd emalı müəssisələrinin fəaliyyətinə lazımi nəzarət edilmir. Bu da keyfiyyətsiz və təhlükəli məhsulların Rusiyaya idxalı riskini artırır”, - məlumatda deyilib.
- Məsud Pezeşkian Asim Munirlə görüşdü
- Okeanlarda temperatur rekord həddə çatdı
- İran oğlumu öldürmək istəyirdi - Netanyahu
- “Təkcə 1 ixtisas seçmişdim” - 700 bal yığan Samir
- ABŞ İranla bağlı növbəti qərar...
- ABŞ Suriyanı bu siyahıdan çıxartdı
- Müharibənin dayandırılması üzrə plan hazırlanıb - Zelenski
- Ukrayna "Storm Shadow" raketləri istehsal edəcək