Əlbəttə ki, hüquq-mühafizə orqanlarının apardığı təhqiqat və istintaq fəaliyyətinin nəticəsini gözləmək lazımdır. Bizim verdiyimiz reaksiya isə daha çox sui-qəsddən əvvəl Fazil Mustafaya qarşı edilən təhdidlər, terror aktından sonra İrana yaxın olan şəxslərin, media qruplarının, sosial şəbəkə istifadəçilərinin və trollarının fəaliyyəti ilə bağlıdır.
Bu sözləri BUTA.TV-a Fazil Mustafaya qarşı törədilən terror aktı haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.
Siyasi şərhçi terror aktının ölkəmizdə ictimai-siyasi sabitliyi hədəf aldığını bildirib:
“Daha öncə də Fazil Mustafanın ünvanına bəlli istiqamətlərdən müxtəlif təhdidlər olub. Əgər tarixə nəzər salsaq, qonşuluğumuzda olan dövlətlərin, xüsusilə Rusiya və İranın ölkəmizdə qarışıqlıq salmaq üçün belə metodlardan istifadədə böyük təcrübəsinin olduğunu görə bilərik. Hamımız ötən əsrin 90-cı illərində Azərbaycanda vətəndaş cəmiyyətində qarşıdurma yaratmaq, hansısa formada siyasi proseslərə müdaxilə etmək, xalqın özünə olan inamını sarsmaq, sındırmaq üçün törədilən cinayətləri yaxşı xatırlayırıq. Hətta həmin vaxt ölkəmizdə ictimai-siyasi sahədə, mədəniyyət sahəsində tanınmış insanların qətlə yetirilməsi ilə yadda qaldı. Həmin qətllərlə bağlı aparılan təhqiqat və istintaq fəaliyyəti zamanı böyük siyahılar üzə çıxarıldı. Bu siyahılarda fərqli sahələrə aid tanınmış insanların adları var idi. Ölkədə sabitliyin pozulması üçün cinayətkarlar onlardan bir neçəsini öldürməli idilər.
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
Azərbaycan 30 il əvvəlki ölkə deyil. Biz bunu həm 44 günlük müharibədə, həm də sərhəd təxribatlarında sübut etdik. İndi ölkədə təxribat törətmək əvvəlki qədər rahat deyil. Son günlərdə də diqqət çəkən məqam odur ki, Azərbaycan dövləti Laçın dəhlizinə alternativ keçən yolları özünün qırmızı xətti elan etdi. Yəni dövlət separatçılara nə alternativ yollarla Laçın-Şuşa yoluna çıxmağa, nə də yeni asfalt yol çəkməyə icazə verəcək. Azərbaycanın bu mövqeyi ətrafımızdakı bir sıra ölkələrdə qıcıq yaradır və onlar birlikdə ölkəmizə qarşı fəaliyyət planı qura bilərdilər. Belə terror aktlarının bir neçə dövlətin əməkdaşlığının nəticəsi olması da mümkündür. Düşünürəm ki, məsələlər arasında Laçın dəhlizi ilə xarici casus şəbəkəsinə qarşı fəaliyyət versiyaları daha ağlabatandır. Ancaq bütün hallarda istintaqın yekun nəticəsini gözləmək lazımdır”.
Qeyd edək ki, dünən Fazil Mustafa saat 21:51 radələrində yaşadığı Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında, evinin qarşısında güllələnib. Ayağından və çiynindən yaralanan millət vəkili hazırda həkim nəzarətindədir və həyati təhlükəsi yoxdur.
- Bu, İrana ağır zərbədir - Ermənistanda qorxu başladı
- Laçının işğaldan azad edilməsindən 4 il ötür
- Elman Paşayevin evindən külli miqdarda pul götürüldü
- Deputatlarımız gələn ay İrəvana gedəcək?
- “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?