Rusiya qoşunları Baxmut şəhərinə hücum etməyə davam edir və qismən uğur əldə ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.
"Baxmut istiqamətində düşmən qismən müvəffəqiyyətlə Baxmut şəhərinə hücum əməliyyatlarını davam etdirir. Bununla belə, müdafiəçilərimiz şəhəri cəsarətlə qoruyur, düşmənin çoxsaylı hücumlarını dəf edirlər", - Baş Qərargahın məlumatında deyilib.
Qeyd olunur ki, gün ərzində düşmən Donetsk vilayətinin Orexovo-Vasilyevka bölgəsində uğursuz hücum əməliyyatları keçirib.
- ABŞ İranla bağlı növbəti qərar...
- ABŞ Suriyanı bu siyahıdan çıxartdı
- Müharibənin dayandırılması üzrə plan hazırlanıb - Zelenski
- Ukrayna "Storm Shadow" raketləri istehsal edəcək
- Qırmızı dənizdə Səudiyyəyə məxsus tanker vuruldu
- İlk məktəbin yeganə məzunu idi - O da tələbə oldu
- Prezidentlə xanımını belə yola saldılar - Tarixi kadrlar
- İran 20 nəsil döyüşə bilər - Hatəmi