ABŞ Türkiyə də daxil olmaqla, Rusiya ətrafındakı dövlətləri zəiflətməyə çalışır.
BUTA.TV xəbər verir ki, bu barədə rusiyalı ekspert, professir Vladimir Avatkov deyib.
O, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərinin ölkənin taleyi üçün son dərəcə önəmli olduğunu bildirib:
“Türkiyə bu il Cümhuriyyətin 100-cü ilini qeyd edir. Ərdoğan ölkəni Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkdən daha uzun müddət idarə etdi və davam etmək istəyir. Təəssüf ki, Qərb ölkələri bir çox ölkələrin daxili işlərinə dəfələrlə müdaxilə edib. İndi isə Türkiyədəki proseslərdən olduqca narahatdırlar. Avropa Birliyi əslində ABŞ-ın bir əyaləti, koloniyasına çevrilib, Türkiyə isə tərəfsizliyini qorumağa çalışır. Açıq danışsaq, ABŞ Ankaranın bu davranışlarında ciddi təhlükə görür. Türkiyənin zəiflədilməsi cəhdi Cənubi Qafqazın, Qazaxıstanın da zəiflədilməsi cəhdi olacaq. Buna daha əvvəl qismən çalışdılar, bundan sonra da aktiv olacaqlar”, - deyə ekspert bildirib.
- ABŞ Suriyanı bu siyahıdan çıxartdı
- Müharibənin dayandırılması üzrə plan hazırlanıb - Zelenski
- Ukrayna "Storm Shadow" raketləri istehsal edəcək
- Qırmızı dənizdə Səudiyyəyə məxsus tanker vuruldu
- İlk məktəbin yeganə məzunu idi - O da tələbə oldu
- Prezidentlə xanımını belə yola saldılar - Tarixi kadrlar
- İran 20 nəsil döyüşə bilər - Hatəmi
- Tokayev Ermənistana səfər edəcək