Bakıda və Abşeron yarımadasında martın 31-də havanın gün ərzində fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, axşam Abşeron yarımadasının əsasən şimalında yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var.
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 4-7° isti, axşam 3°-dək isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
- Bakının 2 rayonunda işıq olmayacaq
- Niderland üçün də DÇ başa çatdı - Yenilənib - Video
- 23 yaşlı azərbaycanlı Polşada faciəvi şəkildə öldü - Foto
- Qızıl öpüşdən qara seriyaya - 12 illik kabus
- DÇ-də sensasiya - Almaniya Paraqvaya uduzdu-Yenilənib
- Bu məktəbin tikintisinə 1 milyon manat xərclənəcək
- Braziliya 1/8 finalda! - Video-Yenilənib
- “Nemetskiy şot” olur” - Həmin fotodan danışdı