Türkiyənin məşhur aktyoru, “paytaxt Əbdülhəmid” (Payitaht Abdülhamid) serialında Tahsin paşa obrazı ilə ürəkləri fəth edən Bahadır Yenişəhirlioğlu Bakıya gəlir.
BUTA.TV xəbər verir ki, mənəvi söhbətləri ilə daim diqqət çəkən aktyor, “İftar öncəsi” başlıqlı görüşü ilə sevənlərinin qarşısına çıxacaq.
B.Yenişəhirlioğlu Ramazan ayının mənəvi söhbətləri, Mövlana şeirləri və La Tahzen (üzülmə) mövzularında çıxış edəcək.
Fəlsəfi fikirləri ilə gündəmdə olan Yenişəhirlioğlu gələn qonaqlara öz dilindən xüsusi Ramazan duası da oxuyacaq.
“Excevent” şirkətinin təşkilatçılığı ilə təşkil olunacaq tədbir 15 aprel 2023-cü il saat 16:00-da “Badamdar Estates” (Əvvəlki adı “Pulman Otel”) otelin konfrans zalında keçiriləcək.
Biletləri şəhərin bütün kassalarından, 28 Moll, Gənclik Moll və ASAN Xidmət mərkəzlərindən, həmçinin www.iticket.az saytından əldə edə bilərsiniz.
- Ukrayna "Storm Shadow" raketləri istehsal edəcək
- Qırmızı dənizdə Səudiyyəyə məxsus tanker vuruldu
- İlk məktəbin yeganə məzunu idi - O da tələbə oldu
- İran 20 nəsil döyüşə bilər - Hatəmi
- Tokayev Ermənistana səfər edəcək
- Bu ölkədə doğum kəskin azaldı: Hər uşaq üçün 55 min dollar…
- Prezidentin Özbəkistana səfəri başa çatdı - Fotolar
- Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı