Daha əvvəl İsraildə məhkəmə islahatlarına etiraz olaraq istefa vermək niyyətində olduğunu bildirən İsrailin Nyu-Yorkdakı baş konsulu Asəf Zamir dərhal vəzifəsindən azad edilib.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Əli Koen Tvitter səhifəsində yazıb.
“Asəf Zamir Tvitterdə istefasını elan edib, lakin qeyri-müəyyən müddətə qədər vəzifədə qalmaq istəyib. Dərhal onu işdən kənarlaşdırmaq qərarına gəldim.
Siyasi partiyalardan birinin tərəfində olan diplomat bir gün də İsrail dövlətini təmsil edə bilməz. Gələcək fəaliyyətində uğurlar...”, - deyə Ə.Koen bildirib.
- Sabahdan bəzi lampaların satışı qadağan edilir
- Nazir müəllimlərin maaşından danışdı: 4 dəfəyə qədər artım...
- Ağcabədinin aqrar sektorunda yeni mərhələ... - Video
- İtkin düşmüş 327 nəfərin şəxsiyyəti müəyyən edildi
- Bu qədər müəllimin əməkhaqqısına 35% əlavə edilib - Nazirdən açıqlama
- Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayır
- Tarixi qələbədən sonra bu günü tətil elan etdilər - Video
- Bakının 2 rayonunda işıq olmayacaq