İran Azərbaycan dövlətinə hücuma, müharibəyə cürət edərmi?!
BUTA.TV xəbər verir ki, bu barədə tanınmış jurnalist Bahəddin Həzi qeyd edib.
O bildirib ki, İran zatən hücum edib: son terror aktlarının izləri İrana aparırsa, bu, elə hücum deməkdir:
“Ancaq bu, cürətdən deyil, qəflətdəndir. Başlıcası, qorxudandır. Eyni zamanda bir gerçək var: İran başa düşür ki, Azərbaycana hərbi müdaxilə etsə, qarşısında çox böyük bir koalisiya görəcək. İrana düşmən olan böyük güclər, Tehran rejimi əleyhinə hazır saxladıqları planlarını reallaşdırmaq və Orta Şərqi istədikləri şəkildə şəkilləndirmək fürsəti əldə etmiş olacaqlar. O halda İranı heç Çin də qurtara bilməyəcək”.
Onun sözlərinə görə, İranın belə bir avantüraya getməsi - Azərbaycana hücumu Çinin aktiv və ya susqun razılığı olmadan mümkün deyil:
“Çin isə, məncə, buna razılıq verməz; Pekinin maraqlarına uyğun deyil. Səudiyyə kral ailəsini fars molla rejimi ilə barışdırıb Yaxın və Orta Şərqdə öz varlığını artırmaq istəyən Çin İranın Pekinə gərəkli Orta dəhlizin açar dövləti olası Azərbaycana hücumunu dəstəkləyəcək?! İnandırıcı görünmür.
Bu, hadisələrin hərbi ssenari üzrə inkişafı heç Rusiyaya da gərək deyil (hər halda indiki situasiyada). İranın Azərbaycana qarşı hər hansı hərbi avantürasına dəstək vermək ağır sanksiyalar altında inləyən Rusiyanın çox ehtiyac duyduğu Türkiyə ilə toqquşması demək olar. O zaman Türkiyə Azərbaycanı qorumaqla yanaşı Ukraynada kollektiv Qərbin yanına keçər. Bu da Moskvanın arzulamadığı ssenaridir. Odur ki, İranın sərhədlərimizdə keçirdiyi kəllə-mayallaq hərbi manevrlər əslində çox rəzil və hətta gülünc görünür. Ancaq bütün bunlarla yanaşı İran İrandır; ondan hər cür avantüra gözlənilir. Dövlət və millət olaraq sayıq olmaq gərək”.
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar