Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mürsəl İbrahimovu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edib.
M. İbrahimov 1970-ci il sentyabrın 20-də Bakıda anadan olub.
O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib. 1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsində inspektor və baş inspektor vəzifəsində işləyib. M.İbrahimov 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb. Son illər “Kapital Bank”ın Təhlükəsizlik Departamentinin direktoru olub.
- Dübəndidə dəniz sahilinə neft qalıqlarının yığılmasının səbəbi - Açıqlandı
- Bakıda çimərliyə neft sızdı - "Azneft"dən açıqlama
- ABŞ blokadası bitdi - İlk konteyner gəmisi İranda
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video