“Avroporter” (eureporter.co) Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin niyə imzalanmaması ilə bağlı olduqca maraqlı məqalə dərc edib.
BUTA.TV xəbər verir ki, məqaləni Avropada yaşayan jurnalist Elbəyi Həsənli təqdim edib.
O bildirib ki, nəşr bu suala kifayət qədər dəqiq cavab verməyə çalışıb:
“Sayt yazır ki, Dığ (Tex) kəndində baş verən hücum zamanı Ermənistan ilk dəfə olaraq İran dronlarından Azərbaycana qarşı istifadə edib. Rusiyanın Ukraynada istifadə etdiyi İran istehsalı olan dronlar bu dəfə Cənubi Qafqazdakı münaqişə zonasında ortaya çıxıb. Ən maraqlısı odur ki, son qarşıdurmaya görə Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyində olan özbaşınalığı xəyanət kimi dəyərləndirib.
Məqalədə bildirilib ki, Nikol Paşinyan döyüş əməliyyatları zamanı yüksək rütbəli erməni hərbçiləri mövqeləri təslim etməklə bağlı əmr verdiyini, çaxnaşma yaratdığını bildirib: “Bu adamlar agentdirmi? İddia etmirəm, amma analitik nəticə çıxarıram. Yəni yüksək rütbəli zabitlər yuxarıdan göstəriş almalı idilər, amma mən belə bir əmr verməmişəm. Deməli, onlara əmri başqa bir “lider” verib”.
Qərbə bağlı media mərkəzi yazır ki, bu sözlər erməni dövlətçiliyi üçün pis əlamətdir. Ölkə başçısı (Paşinyan – red.) belə “analitik nəticələr” çıxarmaqla məşğul olmamalıdır...
Bu nə deməkdir - “Mən iddia etmirəm, amma analitik nəticə çıxarıram?” Əgər dövlət başçısı ordunun ona tabe olmadığı qənaətinə gəlirsə, bu, həmin komandirlərin fəaliyyətini dayandırılmasına gətirib çıxarmalıdır. Çünki dövlət öz ərazisində başqasına tabe olan orduya dözə bilməz. Nikol Paşinyan faktiki olaraq Ermənistanın suverenliyini itirməsindən danışır.
Analitik məqalənin müəllifi Ceyms Vilson daha sonra birbaşa mətləbə keçir. Yazır ki, İsrail Prezidenti və Nobel Sülh Mükafatı laureatı Şimon Peres İsrailin Misir və İordaniya ilə sülh sazişi imzalaması, lakin Fələstin və Livanla sülh sazişi əldə edə bilməməsindən danışarkən bunun səbəbini belə izah edib: “Misir və İordaniyanın bir hökuməti, bir ordusu və bir təhlükəsizlik sistemi var. Onlarla danışıq aparıb razılığa gələ bilərsiniz. Lakin Livanda və Fələstində komanda birliyi yoxdur. Terror təşkilatları sponsorlarından başqa heç kimə tabe olmurlar: Livanın Hizbullahı, Fələstinın İslami-Cihad və HƏMAS silahlIı qrupları yalnız İrandan gələn əmrlərə itaət edir”. İndi Ermənistan öz təhlükəsizliyinin İranın təhlükəsizliyi olduğunu bəyan etməklə həmin kluba qoşulur...”
E.Həsənli qeyd edib ki, bu, son dərəcə ciddi ittihamdır: birmənalı şəkildə deyilir ki, Ermənistan öz suverenliyini itirib:
“Ordu Paşinyanın yox, Rusiyadan gələn əmrləri icra edir. İran terrorçu təşkiları idarə etdiyi kimi Ermənistanı da idarə edir. Ermənistan dövləti İran tərəfindən terrorçu təşkilatların təmsil olunduğu kluba daxil edilib”.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək