Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Tovuz rayonu, İbrahimhacılı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən BUTA.TV-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 1975-ci il təvəllüdlü Rüstəmov İlqar Oruc oğluna məxsus ümumi sahəsi 80m² olan ikiotaqlı köməkçi tikilidə ilkin ehtimala görə məişət qaz balonunun sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının təsirindən tikiliyə ziyan dəyib və yanğın nəticəsində köməkçi tikilidə ev əşyaları 5m² sahədə yanıb. Ev sahibi İ.Rüstəmov aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
- Göldən meyiti tapılan həkim şəhid qızı imiş - Foto
- Təkrar sertifikasiyadan kəsilən müəllimlərin nəzərinə!
- Prezident Türkiyənin ədliyyə nazirini qəbul etdi - Fotolar
- Tiflisdə öldürülən Fatimə ilə bağlı – Yeni detallar
- Əsgəran–Xocalı–Xankəndi yolu ilə bağlı rəsmi açıqlama
- Ehtiyatda olan mayor faciəvi şəkildə öldü - Foto
- Tbilisidə 21 yaşlı Fatimənin dəhşətli qətli - Təfərrüat
- Türkiyənin istirahət zonalarında iki böyük yanğın - Video