Mingəçevirdə məktəbdə şagirdlər arasında qumar oynanılması aşkarlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov bildirib.
O deyib ki, şəhər ərazisində yerləşən məktəbdə şagirdlərin qumar oyunları oynamaları iddiaları ilə bağlı yayılan görüntülər əsasında şəhər polis şöbəsində araşdırma aparılıb:
"Videoda görüntülənən məktəblilərin XI sinif şagirdləri olduqları və dərsdən sonra sinif otağında pulla kart oyunları oynadıqları məlum olub. Valideynlərinin iştirakı ilə onlarla müvafiq izahat işləri və profilaktiki söhbətlər aparılıb".
DİN rəsmisinin sözlərinə görə, valideynləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 189-cu (Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsi ilə protokol tərtib olunub.
- 1641-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Heç bir vətəndaşlığı olmayan qanuni oğru həbs edildi - Foto
- Keçmiş baş nazir öldü: Məşhur diplomatın atasıdır...
- “O gün atama “get, yaşa” deyən məhz belə bir uzman həkim idi...”
- Dənizdə boğulduğu deyilən 5 uşaq atasının xaricə getdiyi ortaya çıxdı
- Türkiyədə helikopter qəzaya uğradı
- İsrail Türkiyə ilə müharibəyə çox yaxınlaşdı, amma... - Barrak
- Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb”