“Böyük Qayıdış” proqramı çərçivəsində Tərtər rayonunun Talış kəndində məskunlaşan əhalinin nəqliyyat xidmətlərinə olan tələbatlarını ödəmək üçün sözügedən istiqamətdə avtobus marşrutu fəaliyyətə başlayıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtobus marşrutunun açılması ilə bağlı araşdırma aparıb və marşrutun mövcud vəziyyətdə fəaliyyətə başlaması imkanlarını təhlil edib. Kəndə avtobus marşrutunun açılması qərara alınıb.
İlk mərhələdə marşrut “Şıxarx” qaçqın şəhərciyindən başlamaqla Talış kəndi istiqamətində Tərtər şəhərinin mərkəzi bazarı, Avtovağzal, Seydimli, Çaylı və Suqovuşan kəndləri aralıq dayanacaqlarından keçməklə təşkil olunub. Hazırda sərnişinlərə bir kiçik tutumlu nəqliyyat vasitəsilə xidmət göstərilir və gün ərzində 2 reys həyata keçirilir.
Rayon mərkəzindən 29 km məsafədə, dağlıq ərazidə yerləşən Talış kəndində hazırda 20 ailə olmaqla 90 nəfər məskunlaşıb. Növbəti mərhələdə kəndə 158 ailənin köçürülməsi nəzərdə tutulub.
İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin əsas məqamlarından biri də Azərbaycan vətəndaşlarının tam təhlükəsiz şəraitdə öz doğma torpaqlarında yenidən məskunlaşmasının ən qısa zamanda təmin edilməsidir.
- Pezeşkiandan Azərbaycanla bağlı çağırış
- Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb
- Suriya və İsrail Bakıda danışıqlar aparıb - Hacıyev
- Təyyarəmizin vurulması: Rusiyadan bunu gözləyirik - Hacıyev
- Bakının 1 gündə 2 jestinə Rus Ayısının cavabı: Bu, tarixi şansdır!
- Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb
- İran Qarabağın işğalında Ermənistana necə dəstək verib? - Faktlar
- Ermənistan sərhədində nüvə təhlükəsi: Partlayış xəbərdarlığı