Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.
BUTA.TV xəbər verir ki, məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.
Tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci il noyabrın 10-u, 2021-ci il yanvarın 11-i, noyabrın 26-sı və 2022-ci il oktyabrın 31-i tarixlərində əldə olunan razılıqlara uyğun olaraq Bakı ilə İrəvan arasında normallaşma prosesinin gedişatını müzakirə ediblər.
Məlumata görə, M.Qaluzin və A.Mirzoyan regional və ikitərəfli məsələlərə də toxunublar.
Rusiyalı diplomat Ermənistan xarici işlər nazirinin müavinləri Vaqe Gevorkyan və Mnatsakan Safaryanla da məsləhətləşmələr aparıb.
- Azərbaycan HHQ komandanı Türkiyədə səfərdədir
- Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ-a xəbərdarlıq...
- Ruslan Abdullayev vəzifəsindən azad edildi - Foto
- Bu gənc xanım spikerə köməkçi təyin edildi - Foto
- Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edildi
- Başqasının yerinə imtahana daxil olmağa cəhd etdi... - DİM
- Atası Arzumun həbsindən sonra ölənin yaxınlarına qarğış etdi - Video
- Məhərrəmlikdə toy etmək olarmı? – Elşad Miri