Azarkeşlərin nəzərinə: bu əşyaları gətirməyin!

10:48 - 26 Aprel 2023 - GÜNDƏM

 Azarkeşlərin nəzərinə: bu əşyaları gətirməyin!

Daxili İşlər Nazirliyi (DİN) “Formula 1 Azərbaycan Qran Prisi” yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olan əşyaların siyahısını yayıb.

DİN-in Mətbuat Xidmətindən BUTA.TV-a verilən məlumata görə, spirtli içkilər, hər növ içki qablaşdırmaları (uşaq üçün olan istisna olmaqla), qidalar və içkilər (uşaq üçün olan istisna olmaqla), odlu silah, soyuq silah və digər qeyri-döyüş silah oxşarları, fişənglər, alovlandırıcılar, lazer işıqları, rolik, skeytbord, seqvey, velosiped, skuter, soyuducu qutular, pikinik üçün səbətlər, iri əşyalar və bel çantaları, tutacağı 1 metrdən uzun olan bayraqlar və çətirlər, peşəkar video çəkən cihazlar və obyektivi 30 sm-dən uzun olan fotokameralar və.s əşyaların yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağandır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol