Aprelin 27-də Azərbaycan dilində olan “Malı çox, günü qara” tamaşası Təbrizin 22 Bəhmən kinokompleksinin Siyami zalında nümayiş olunacaq.
Kult.az xəbər verir ki, bu barədə tamaşanın rejissoru Yaqub Sədiq Camal məlumat verib.
Rejissor Təbrizin “Sorxeyi” sarayında bir qrup sənətçi, həvəskar və media mənsublarının iştirakı ilə “Malı çox, günü qara” komediya tamaşasının afişasının açılış mərasimində çıxış edib.
O, Səməd Behrənginin əsəri əsasında hazırlanan “Balaca qara balıq” tamaşasının maliyyə problemləri və başqa məhdudiyyətlər səbəbindən səhnədən yığışdırıldığını söyləyərək, Təbrizdə sənət adamlarının ağır durumundan gileylənib:
“Son nəfəslərimizi çəkirik. Sənətimizi ağır durumdan qurtarmaq üçün kimin əlindən bir iş gəlirsə, addım atsın. Bunu özümə görə demirəm, böyük sənət adamlarının ağır vəziyyətini nəzərə alaraq yardıma çağırıram. Sənət adamları ya köçüblər, ya da köçmək ərəfəsindədirlər”.
Qeyd edək ki, “Malı çox, günü qara” tamaşası Azərbaycan folklor hekayələri əsasında hazırlanıb.
- Rusiyanın ən iri neft emalı müəssisələrindən biri vuruldu
- Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır-Yenilənib
- Ən çətin mərhələni keçdik, amma... - SDQ-dən açıqlama
- Rusiya "Avrora"nın paylama mərkəzinə zərbə endirdi
- Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf
- Teymur Musayevlə Əhməd İsmayılov Nurani ilə vida mərasimində - Fotolar
- Suriya “Məkkə sazişi”nə qoşulur? - Şeybani
- Bakıda dəhşətli qəza - Ölən və yaralananlar var - Video