Emmanuel Makron Azərbaycan Prezidenti ilə açıq və mütəmadi əlaqələrə çox önəm verir.
BUTA.TV xəbər verir ki, bunu Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna aprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Nazir bildirib ki, Fransa Azərbaycanda və ümumiyyətlə Cənubi Qafqaz regionunda sülhün, iqtisadi və sosial inkişafın mövcud olmasını istəyir və ölkəsinin məqsədi həmişə bundan ibarət olub.
Qonaq Fransanın ikitərəfli əlaqələrə, eyni zamanda, Avropa İttifaqı çərçivəsində əlaqələrə böyük önəm verdiyini bildirərək bu istiqamətdə geniş potensialın mövcud olduğunu deyib.
- 1641-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Ukrayna Yeysk limanını vurdu: gəmi yandı
- “Prezident Cıdır düzündə bir kənarda sakit dayanmış Nuraniyə özü yaxınlaşdı…”
- ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi...
- Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - Video
- Təyyarə qəzası: ölənlər var
- Özəl xəstəxanada abortdan sonra evə aparılıb, güclü qanaxma olub...
- Artıq Hörmüz Amerika ərazisidir – Tramp elan etdi