Belçikada həbsdə olan iranlı casus Əsədullah Əsədinin məhbusların mübadiləsi çərçivəsində İrana geri qaytarılması nəzərdə tutulmur.
BUTA.TV xəbər verir ki, bu barədə Belçika Məhkəməsinin yaydığı məlumatda bildirilib.
“Bu yalan danışmaqda peşəkarlaşan İran hökumətinin növbəti yalanıdır”, - bəyanatda qeyd olunub.
Xatırladaq ki, İran Məhkəmə Sisteminin sözçüsü Məsud Sitayişi İslam Respublikasında həbsdə olan belçikalı Olivye Vande Kastelin azadlığı qarşısında Əsədullah Əsədinin ölkəyə qaytarılacağını iddia etmişdi.
Qeyd edək ki, İranın casus-diplomatı Əsədullah Əsədi üç nəfərlə birlikdə 2018-ci ildə Parisdə İran Xalq Mücahidləri Təşkilatının mitinqini bombalamağa cəhddə ittiham olunur. Belçikada birinci instansiya məhkəməsi 2020-cı ilin fevralında Əsədulla Əsədini 20 il həbsə məhkum edib.
- 1641-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Ukrayna Yeysk limanını vurdu: gəmi yandı
- “Prezident Cıdır düzündə bir kənarda sakit dayanmış Nuraniyə özü yaxınlaşdı…”
- ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi...
- Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - Video
- Təyyarə qəzası: ölənlər var
- Özəl xəstəxanada abortdan sonra evə aparılıb, güclü qanaxma olub...
- Artıq Hörmüz Amerika ərazisidir – Tramp elan etdi