Aprelin 27-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Yaponiyanın “Shinyei Kaisha” şirkətinin nümayəndə heyəti ilə görüşüb.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov FHN-in fəaliyyət istiqamətləri, o cümlədən tikintidə təhlükəsizliyin təmin edilməsi məsələlərindən danışıb.
Nazir son illər Azərbaycanda tikinti-quruculuq və abadlaşdırma işlərinin geniş vüsət aldığını, tikinti sahəsində beynəlxalq normalara uyğun normativ hüquqi bazanın formalaşdığını və nəticədə nəhəng tikinti meydançasına çevrilmiş ölkəmizdə inşaat sahəsində sıçrayışlı inkişafın müşahidə olunduğunu diqqətə çatdırıb.
Nazir bildirib ki, FHN tikintidə təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, nazirliyin Yaponiyanın tikintidə təhlükəsizlik məsələləri üzrə zəngin təcrübəyə malik “Shinyei Kaisha” şirkəti ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu deyilib.
“Shinyei Kaisha” şirkətinin nümayəndə heyətinin rəhbəri, Tokio Mühəndislər Birliyinin sədr müavini Kimura Osamu səmimi görüşə görə təşəkkür edib, ölkəmizdə tikinti sahəsində müşahidə etdiyi inkişafla bağlı təəssüratlarını bölüşüb, ikitərəfli əlaqələrin genişləndirilməsinin faydasını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
- Bakı bunu gözləyirdi, Kreml etmədi: Niyə?
- Bakıdan qovulan Ocaqnejad Kərbəlada azərbaycanlılarla görüşəcək
- İsrail səfiri Bakıda İranla bağlı mühüm məlumatı açıqladı
- Özbəkistandan Zəngəzurla bağlı açıqlama
- İran bu pakistanlıları Azərbaycana yerləşdirib - Sensasiya
- Bakıya görə Qusman getdi, Markov da cəzalanacaq - KT
- Qusman işdən çıxarıldı – Azərbaycanda etirazlar başladı
- Çernobıldan Azərbaycana tum gətirilir? – Tanınmış aparıcıdan şok iddia + VİDEO