İçərişəhərdə keçiriləcək Milli Kitab Sərgisinə hazırlıq başlayıb.
Kult.az xəbər verir ki, bu barədə “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu məlumat yayıb.
Sərginin keçiriləcəyi məkanla tanış olan naşir bildirib ki, sərgi Qoşa Qala qapısından Zərdabi heykəlinədək uzanan meydanda baş tutacaq.
“Təqdimatlar, müzakirələr, çıxışlar üçün Bakı Foto Evi, Maqsud İbrahimbəyovun ev muzeyi, Zərdabi dəhlizi də Milli Kitab Sərgisinin ixtiyarına veriləcək. Bəzi təqdimatlar isə açıq havada, qədim şəhərin müxtəlif məkanlarında olacaq”, - Ş.Xuduoğlu qeyd edib.
Xatırladaq ki, sərgi 27 may-4 iyun tarixlərində keçiriləcək.
- ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi...
- Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - Video
- Təyyarə qəzası: ölənlər var
- Özəl xəstəxanada abortdan sonra evə aparılıb, güclü qanaxma olub...
- Artıq Hörmüz Amerika ərazisidir – Tramp elan etdi
- Rusiyanın Krivoy Roqa zərbəsi: ölənlərin sayı artdı
- Fransada seçkilər NATO üçün "kabusa" çevrilə bilər - İddia
- Ukrayna ilk dəfə Rusiyanın bu şirkətini vurdu