Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Vatikanda Ukraynanın Baş naziri Denis Şmıqal ilə görüşüb.
BUTA.TV xəbər verir ki, görüşdə Rusiya ilə Ukrayna arasında sülh prosesi, sülh planının bütün addımlarına nail olmaqda Vatikanın mümkün dəstəyi, “taxıl dəhlizi”nə dair sazişin müddətinin uzadılması ilə bağlı məsələlər müzakirə edilib.
Denis Şmıqal Roma Papasını Kiyevə səfərə dəvət edib, saxlanılan, həbs edilən, zorla Rusiyaya deportasiya olunan ukraynalıların, eləcə də azyaşlıların geri qaytarılması üçün ondan kömək istəyib.
Ukraynanın Baş nazirinin Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin və Vatikanın Xarici Dövlətlərlə Əlaqələr üzrə katibi Paul Riçard Qallaher ilə görüşlərində isə ölkədəki kilsələrin fəaliyyəti, müharibə ilə bağlı müxtəlif məsələlər, xüsusilə humanitar aspektə və sülhün bərpası səylərinə dair müzakirələr aparılıb.
- GM: Azərbaycan PUА sahəsində regional liderdir!
- Azərbaycanda ən populyar internet brauzeri...
- Anar Bayramovdan yeni - Təyinat
- Azər Məmmədov Qobustanda vətəndaşları qəbul etdi
- Anar Bayramovdan yeni - Təyinat
- Anar Əliyev Ronald Praysla görüşdü
- Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
- Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır