Erməni mənbələr iddia edirlər ki, Vaşinqton sülh sazişinin imzalanması məqsədilə İrəvana təzyiqi artırıb. Həqiqətən Vaşinqton məsələni uzatmadan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir. Azərbaycan da buna çalışır. Ermənistan hakimiyyəti isə sözdə sülh istəsə də, əməldə Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq sazişi imzalamağı yubadır. Baş nazir Nikol Paşinyanın fikrincə, sülh sazişi imzalandıqdan sonra Azərbaycan Qarabağda separatizmə son qoyacaq, ona görə sülh sazişiylə “riskə” getmək istəmir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Paşinyan Azərbaycanla sülh sazişi imzalamasa belə Qarabağda erməni separatizminə son qoyulacaq:
“Bunun sülh sazişi ilə əlaqəsi yoxdur. İrəvanın Rusiyaya yalvarışları nəticə vermədiyinə görə indi də Fransaya yalvarır ki, Azərbaycanı Paris durdursun. İrəvan Parisə təklif edib ki:
1) Fransa Qarabağ ermənilərinin təhlükəsizliyinə cavabdeh olsun;
2) Fransa Laçın yoluna nümayəndələr göndərsin”.
Politoloq bu təkliflərin perspektivinin olmadığını bildirib:
“Birincisi, Azərbaycan Fransanın Qarabağ məsələsinə qarışmasına imkan verməyəcək. Paris belə cəhdlər etsə, Azərbaycanla münasibətləri normallaşdıra bilməyəcək. İkincisi, Rusiya da münasibətləri gərgin olduğu Fransanın bölgədə möhkəmlənməsini elə Ermənistan üzərindən əngəlləməyə çalışacaq. Fransa təmsilçiləri yalnız Laçın yoluna yaxınlaşıb, sərhəd-keçid məntəqəmimizə məsafədən baxış həyata keçirə bilərlər. Buna etirazımız yoxdur, əksinə, özləri müşahidə etsinlər ki, sərhəd humanitar məqsədlə istifadəyə açıqdır”.
- Son 13 ildə ilk: Putin oradan hərbi qüvvələri geri çəkir!
- Amerikada o raketdən yoxdur, amma Ukraynada... - Ekspert
- Böyük Avropa savaşı Almaniyada olacaq - Xəbərdarlıq
- Pxenyanın Rusiyaya verdiyi raket: Beş "İsgəndər" gücündədir...
- Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi
- “TikTok” üçün video çəkmək istəyən azyaşlını “tok” vurdu
- Paşinyanın əsas rəqiblərindən biri azadlığa buraxıldı
- Orada mənzillər artıq bu üsulla satılır: Açarı götür, birbaşa köç!