Aprelin 28-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində Şirvan şəhərində sayca üçüncü həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Kult.az xəbər verir ki, yenilənmiş həyət Şirvan şəhəri, İstiqlaliyyət küçəsi 3, 7 və 20 Yanvar küçəsi 1, 2 ünvanlarda 650 nəfərdən çox sakinin yaşadığı binaları əhatə edir.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançaları salınıb.
Sahəsi 1,2 hektar olan həyətin ərazisində 2 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə işıqlandırma, suvarma sistemləri quraşdırılıb, binaların fasadları və giriş hissələri təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 520 ədəd ağac və kollar əkilib, yaşıllıq zolağı salınıb.
“Bizim həyət” layihəsinin əsas məqsədi həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
- Razılıq var, Zəngəzur bu cür açılır, ABŞ ordu göndərir
- Rusiya ilə gərginliyin idxal-ixraca və pul köçürmələrinə təsiri...
- III Beynəlxalq Şuşa Forumunun Xankəndidə keçirilməsi...
- Gərginlik kritik həddə: Moskvanın regionla bağlı planı üzə çıxdı
- Fransız casus məhkəmədə şok etiraflar etdi
- Trampın Əliyevin çıxışını paylaşması hansı anlama gəlir?
- Suriya üzrə danışıqlar yenə Bakıda keçiriləcək
- Ərdoğan Kamran Əliyevi qəbul etdi