Bakıda “Bakcell” şirkətinin dəstəyi ilə "Formula 1" Azərbaycan Qran Prisi başlayıb.
BUTA.TV xəbər verir ki, “Formula 1” və “Formula 2” üzrə sərbəst yürüşlərin və sıralama turlarının keçirildiyi ilk yarış günü idman həvəskarları Dənizkənarı Bulvar ərazisində qurulmuş “Bakcell” zonasında maraqlı vaxt keçiriblər.
Azneft dairəsində yerləşən “Bakcell” tribunası və tribunanın ətrafında yerləşən Bakcell əyləncə zonası qonaqların böyük marağına səbəb olub, bu nüfuzlu idman yarışının ən populyar və ziyarət olunan guşəsinə çevrilib.
Azarkeşlər “Bakcell”in ultra-sürətli şəbəkəsini sınaqdan keçirib, eyni zamanda oyun zonasında təşkil olunmuş yarışlarda iştirak edərək şirkətdən hədiyyələr qazanıblar.
Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran Prisi aprel ayının 30-na kimi davam edəcək. Texnologiya ilə əyləncəni bir araya gətirən “Bakcell” stendi bu günlər ərzində yarış həvəskarlarına xidmət göstərəcək.
- Bakı və Ankaranın həmrəyliyi bu düyünü açacaq - Ekspert
- Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir - Belçika
- Daşkənddə Azərbaycan bayrağı proyeksiya olundu - Foto
- 5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər
- Fransadan Azərbaycan səfirliyini hədəf alan hücuma reaksiya
- İlham Əliyev Daşkənddə ziyafətdə - Video
- İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı
- Əliyev Daşkənddə tədbirdə iştirak etdi, Qasımov mükafatlandırıldı