İsrail parlamentinin 32 deputatı Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciət ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə "Güney Azərbaycan" Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, İsrail parlamentinin - Knessetin üzvləri Güney Azərbaycanın müstəqilliyi uğrunda hərəkata beynəlxalq dəstək verilməsi xahişi ilə ölkənin Xarici İşlər Nazirliyinə müraciət ediblər.
Rəsmi müraciətə 32 deputat – Knessetin bütün üzvlərinin dörddə biri imza atıb. Onlar İsrail Xarici İşlər Nazirliyindən İran müxalifətinə və Tehranın cənubi azərbaycanlılara qarşı repressiv addımlarının güclənməsinə diqqət yetirməyi xahiş ediblər.
"Bu, İranda sayı 20 milyondan çox olan ən böyük millətdir. Rejim mədəni soyqırım siyasəti yürüdür, azərbaycanlıların təhsil almaq və irsini ötürmək, Azərbaycan dilini öyrətmək və hətta uşaqlarını qeydiyyata almaq hüquqlarını məhdudlaşdırır”, - deputatların müraciətində vurğulanıb.
- GM: Azərbaycan PUА sahəsində regional liderdir!
- Azərbaycanda ən populyar internet brauzeri...
- Anar Bayramovdan yeni - Təyinat
- Azər Məmmədov Qobustanda vətəndaşları qəbul etdi
- Anar Bayramovdan yeni - Təyinat
- Anar Əliyev Ronald Praysla görüşdü
- Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
- Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır