Bakıda keçirilən tədbirdə Bütöv Azərbaycan Koordinasiya Mərkəzi elan olundu. Quzey, Güney və Qaşqay türkləri eyni vaxtda bir Koordinasiya Mərkəzində təmsil olunurduq.
Bu sözləri BUTA.TV-a Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi Bütöv Azərbaycan Koordinasiya Mərkəzinin yaradılmasının əhəmiyyətindən danışarkən deyib.
O, bu mərkəzin Bakıda olmasının Güney Azərbaycan üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb:
“Quzeydən gələn dəstək bizim üçün çox vacibdir. Mənəvi dəstək çox mühümdür. Bu dəstək bizim Güney Azərbaycanda apardığımız mücadiləmizdə həyatı önəm daşıyır. Media dəstəyinin olması da vacibdir. Çünki Quzey ictimaiyyəti Güneydə baş verənlər haqqında doğru şəkildə məlumat ala bilir”.
Məcid Cavadi partiyaların əməkdaşlığının ilk təcrübə olmadığını bildirib:
“Öncələr də Güney və Quzey Azərbaycan təşkilatları ortaq platformalar qurub, bir araya gəliblər. Lakin Bütöv Azərbaycan Koordinasiya Mərkəzi nisbətən fərqlidir. Yeni qurulan mərkəzin əsas məqsədi Quzeydə fəaliyyət göstərmək, Quzey Azərbaycandan Güneyə olan mənəvi və ictimai dəstəyi doğru istiqamətləndirməkdir”.
- Pxenyanın Rusiyaya verdiyi raket: Beş "İsgəndər" gücündədir...
- Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi
- “TikTok” üçün video çəkmək istəyən azyaşlını “tok” vurdu
- Paşinyanın əsas rəqiblərindən biri azadlığa buraxıldı
- Orada mənzillər artıq bu üsulla satılır: Açarı götür, birbaşa köç!
- Liviyada güclü partlayış baş verdi
- Erməni kəşfiyyatının rəhbəri Gürcüstanda...
- BMT TŞ bu tarixdə Ukrayna ilə bağlı iclas keçirəcək