Rubinyan da Vaşinqtona gedir

14:26 - 29 Aprel 2023 - GÜNDƏM

 Rubinyan da Vaşinqtona gedir

Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyanın başçılıq etdiyi nümayəndə heyəti Vaşinqtona gedir.

BUTA.TV xəbər verir ki, bu haqda Ermənistan parlamentinin rəsmi saytında məlumat yayılıb.

Səfər aprelin 29-dan mayın 5-dək baş tutacaq. Məlumatda səfərin məqsədi barədə qeyd yoxdur.

Qeyd edək ki, Ermənistan XİN başçısı Ararat Mirzoyan Ermənistan və Azərbaycan arasında normallaşma ilə bağlı danışıqların növbəti raundunda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla görüşmək üçün sabah Vaşinqona gedəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol