Ötən gün saat 20 radələrində Ağdamda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə sürücü və sərnişinlər, rayon sakinləri Aydın Qasımov, Təhməz Musayev və Yusif İbadov ölüb, digər sərnişin Sənan Şıxıyev isə xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.
- Suriya üzrə danışıqlar yenə Bakıda keçiriləcək
- Ərdoğan Kamran Əliyevi qəbul etdi
- Ukrayna buna görə Azərbaycana təşəkkür etdi
- AZAL təyyarəsini vurmağı əmr edən generalla bağlı qərar - Foto
- Onların şücaəti heç zaman unudulmayacaq - Prezident
- Azərbaycan mediası bunu hər şeydən uca tutmalıdır - Əliyev
- İnformasiya məkanında qazandığımız zəfər... - Prezident
- Azərbaycan-Türkiyə hərbi memorandum imzaladı - Video