Şərurda dostunu avtomobildə öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə BUTA.TV-a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan bildirilib.
Aprelin 29-u 1981-ci il təvəllüdlü Mürsəl Hüseynəliyevin Şərur rayon Mərkəzi xəstəxanasında ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1980-ci təvəllüdlü Abdulla Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Şərur rayonu ərazisində özünə məxsus avtomobildə dostu Mürsəl Hüseynəliyevin sağ ayağının bud nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Abdulla Abdullayev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
- “TikTok” üçün video çəkmək istəyən azyaşlını “tok” vurdu
- Paşinyanın əsas rəqiblərindən biri azadlığa buraxıldı
- Orada mənzillər artıq bu üsulla satılır: Açarı götür, birbaşa köç!
- Liviyada güclü partlayış baş verdi
- Erməni kəşfiyyatının rəhbəri Gürcüstanda...
- BMT TŞ bu tarixdə Ukrayna ilə bağlı iclas keçirəcək
- İndoneziyada güclü zəlzələ oldu
- Zaporojyedə sərnişin avtobusu dronla vuruldu - Video