Türkiyənin əsas raket istehsalı ilə məşğul olan “Roketsan” şirkəti sualtı qayıqdan “Atmaca” gəmi əleyhinə qanadlı raketini buraxmağa hazırlaşır.
BUTA.TV xəbər verir ki, bu barədə “SavunmaSanayiST.com” Tvitter səhifəsində məlumat yayıb.
Şirkətin baş direktoru Mirad İkinci bildirib ki, “Atmaca”nın xüsusilə Asiya-Sakit okean regionunda güclü ixrac tələbatı var:
“Əslində “Atmaca”nın özü yeganə raket deyil. Bu raket digər qanadlı raketlər üçün əsas olacaq platformadır. Hazırda Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən gəmi əleyhinə raket kimi istifadə olunur.
“Atmaca” həmçinin, 3D uçuş yolunu planlaşdırma sistemi ilə də təchiz olunub. Bu da ona coğrafi maneələri, o cümlədən adaları keçməyə imkan verir. Bundan əlavə, “Atmaca” sistemi bir neçə qanadlı raketin eyni anda hədəfə çatmasına imkan verir.
Bu, Türkiyənin ilk milli gəmi əleyhinə raketidir. Maksimum uçuş məsafəsi 250+ kilometr olan “Atmaca” raketi aktiv radar axtarıcıya sahibdir”.
- Bakı və Ankaranın həmrəyliyi bu düyünü açacaq - Ekspert
- Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir - Belçika
- Daşkənddə Azərbaycan bayrağı proyeksiya olundu - Foto
- 5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər
- Fransadan Azərbaycan səfirliyini hədəf alan hücuma reaksiya
- İlham Əliyev Daşkənddə ziyafətdə - Video
- İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı
- Əliyev Daşkənddə tədbirdə iştirak etdi, Qasımov mükafatlandırıldı