İstanbul Yıldız Texniki Universitetinin Elektronika və kommunikasiya fakültəsinin azərbaycanlı tələbələrindən ibarət olan “DroneX” komandası “Texnofest-2023” festivalı çərçivəsində Türkiyədə təşkil edilən “Pilotsuz Uçuş Aparatları” (PUA) beynəlxalq müsabiqəsində Milli Qəhrəman Mübariz İbrahimovun adını verdikləri dronla ən yüksək nəticə göstəriblər.
BUTA.TV xəbər verir ki, azərbaycanlı tələbələrin işi 100-dən çox komandanın rəqabət apardığı final mərhələsində qızıl medala və kuboka layiq görülüb.
Qeyd edək ki, komandanın mükafatı bu gün təqdim ediləcək.
- “TikTok” üçün video çəkmək istəyən azyaşlını “tok” vurdu
- Paşinyanın əsas rəqiblərindən biri azadlığa buraxıldı
- Orada mənzillər artıq bu üsulla satılır: Açarı götür, birbaşa köç!
- Liviyada güclü partlayış baş verdi
- Erməni kəşfiyyatının rəhbəri Gürcüstanda...
- BMT TŞ bu tarixdə Ukrayna ilə bağlı iclas keçirəcək
- İndoneziyada güclü zəlzələ oldu
- Zaporojyedə sərnişin avtobusu dronla vuruldu - Video