Bu gündən ölkədə "Təmiz hava" aylığı başlayıb, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
BUTA.TV müraciətin mətnini təqdim edir:
"May ayının 1-dən iyun ayının 1-dək Azərbaycanın Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığına start verib. "Təmiz hava” aylığı tədbirinin keçirilməsində əsas məqsəd atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır.
Tədbirlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin bir daha diqqətinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilə bilər. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar".
- Generalların saxlanıldığı həbsxanaya yeni - Rəis təyin edildi
- Azərbaycandan İrana hücum? - Pezeşkian rədd etdi
- Rus milyarderlər Türkiyəyə “qaçır” – Səbəb
- Əliyev Şuşa forumunda Tramp haqda nə demişdi?
- “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib? – FOTOLAR
- Nazir dostuna yüksək vəzifə verdi
- Kreml cini buraxdı: Bakının bombalanmasından danışan Z-lər...
- “Tüpürüm Putinin fərmanına! ” - Ayaz Salayev