ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün vasitəçilik edir. Bu, Vaşinqtonun 22 ildən sonra ikinci cəhdidir. 2001-ci il 3 aprel tarixində ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində ABŞ-ın o zamankı dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Köçəryanın birgə görüşü olmuşdu.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu hazırda ABŞ-da Dövlət katibi Entoni Blinkenin səyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının davam edən görüşü haqda bildirib.
Politoloq deyib ki, 22 ilcəki görüş intensiv olaraq 4 gün davam etmiş və nəticəsiz qalmışdı:
“Ermənistan həmin dövrdə özünü müharibənin qalibi saydığından masada Qarabağ məsələsində heç bir addım atmaq istəmirdi. Hazırda rollar dəyişib. İndi məğlub Ermənistanın tələsməyə ehtiyacı var. Vaşinqtonda Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri üçtərəfli müzakirələrə başlayıblar. Nazirlərin görüşündə irəliləyiş əldə edilərsə, Vaşinqton liderlərin görüşünə də ev sahibliyinə iddialı olacaq”.
Ekspert “Kolin Pauellin bacarmadığını Blinken edə biləcəkmi?” sualına bu cür cavab verib:
“Bu, Ermənistanın sülh sazişi mətnində Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanımasına hazır olmasından asılıdır”.
- Qarabağdakı yanğınla bağlı polisə konkret tapşırıqlar verildi
- Fransa parlamentində Bakıya qarşı qətnamə ilə bağlı bəyanat
- DİN-də əməliyyat müşavirəsi: Vəzifələr tam icra olunmalıdır
- “Bakcell”in dəstəyi ilə YAŞAT yay məktəbi Londonda
- Azərsundan “Azərçay”ın şüarı ilə bağlı açıqlama
- Qusman işdən çıxarılması ilə bağlı suala belə reaksiya verdi
- Rusiyada azərbaycanlı iş adamının ofisində axtarış başladı
- Nazirlikdən aktyorun corab satmasına reaksiya