Dövlət Sərhəd Xidmətinin Laçın sərhəd-buraxılış məntəqəsində erməni sakinlərin ölkəyə gəlişi zamanı yüklərinə əl belə vurulmadan, adi baxışla yoxlanıldığını əks etdirən görüntülər ictimai narahatlıq doğurmuşdu. Bəzi sosial şəbəkə istifadəçiləri yüklərin arasında silah-sursat daşınması ehtimalına görə daha ciddi yoxlamaya ehtiyac olduğunu irəli sürürdülər.
BUTA.TV xəbər verir ki, “Laçın” sərhəd-buraxılış məntəqəsində yerləşdirilən rentgen avadanlıqlarında yüklərin necə yoxlandığını əks etdirən video yayılıb. Görüntülərdə daşınan yüklərin dəqiqliyinə qədər yoxlandığı aydın görünür.
Qeyd edək ki, 23 aprel tarixindən Azərbaycan Ermənistanla sərhəddə, Həkəri körpüsü üzərində sərhəd-buraxılış məntəqəsi qurub. Artıq Azərbaycanın suveren ərazisinə gələn və gedən hər kəs pasport yoxlamasından keçir.
- Liviyada güclü partlayış baş verdi
- Erməni kəşfiyyatının rəhbəri Gürcüstanda...
- BMT TŞ bu tarixdə Ukrayna ilə bağlı iclas keçirəcək
- İndoneziyada güclü zəlzələ oldu
- Zaporojyedə sərnişin avtobusu dronla vuruldu - Video
- “Xeyli arıqladığımı görüb nə baş verdiyini soruşdular”
- İran və Omanın XİN rəhbərləri Hörmüzü müzakirə etdi
- İsrailin Türkiyəyə qarşı müharibə planı...