Ötən gün Bakıya gəlmək üçün yola çıxan Mahmudəli Çöhrəqanlı ABŞ-da Türk Hava Yollarının təyyarəsinə buraxılmayıb.
Bu barədə BUTA.TV-a Mahmudəli Çöhrəqanlının yaxınları məlumat verib.
Bildirilib ki, onun Türkiyəyə girişi də yasaq olduğu üçün Türk Hava Yolları ilə uçmasına izn verilməyib. M.Çöhrəqanlıya deyilib ki, onun Türkiyə ərazisindən tranzit kimi istifadə edə bilməsi üçün Bakıdan rəsmi dəvətinin olması və onu təqdim etməsi vacibdir.
Bu səbəbdən M.Çöhrəqanlı təyyarəyə minə bilməyib və hava limanından geri qayıdıb.
Qeyd edək ki, M.Çöhrəqanlı 1 mayda Bakıya gələcəyini bildirmişdi və təyyarə bileti aldığını da nümayiş etdirmişdi.
- Liviyada güclü partlayış baş verdi
- Erməni kəşfiyyatının rəhbəri Gürcüstanda...
- BMT TŞ bu tarixdə Ukrayna ilə bağlı iclas keçirəcək
- İndoneziyada güclü zəlzələ oldu
- Zaporojyedə sərnişin avtobusu dronla vuruldu - Video
- “Xeyli arıqladığımı görüb nə baş verdiyini soruşdular”
- İran və Omanın XİN rəhbərləri Hörmüzü müzakirə etdi
- İsrailin Türkiyəyə qarşı müharibə planı...