Ankara, Moskva və Kiyev nümayəndə heyətləri arasında “taxıl müqaviləsi”nə dair danışıqlar bu həftə Türkiyədə baş tuta bilər. Tərəflər yaranmış problemləri və təşəbbüsləri müzakirə etməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəsinə istinadən məlumat yayıb.
“Təsdiq edə bilərəm ki, danışıqlar bu həftəyə nəzərdə tutulub, lakin tarixlə bağlı yekun dəqiqlik yoxdur”, - mənbə bildirib.
Qarşıdakı danışıqların mövzuları ilə bağlı sualı cavablandıran mənbə qeyd edib ki, Qara dəniz təşəbbüsünün problemsiz həyata keçirilməsi ilə bağlı müzakirələr planlaşdırılır:
“Yaranan problemlərdən xəbərdarsınız. Müqavilənin genişləndirilməsi üçün də müxtəlif təşəbbüslər var”.
- Liviyada güclü partlayış baş verdi
- Erməni kəşfiyyatının rəhbəri Gürcüstanda...
- BMT TŞ bu tarixdə Ukrayna ilə bağlı iclas keçirəcək
- İndoneziyada güclü zəlzələ oldu
- Zaporojyedə sərnişin avtobusu dronla vuruldu - Video
- “Xeyli arıqladığımı görüb nə baş verdiyini soruşdular”
- İran və Omanın XİN rəhbərləri Hörmüzü müzakirə etdi
- İsrailin Türkiyəyə qarşı müharibə planı...