Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Şri-Lankaya səfəri çərçivəsində çay plantasiyalarını ziyarət edib. Səfər zamanı çay fabriklərinə baş çəkən ekspert “Final” çay markasının istehsal olunduğu müəssisədə də olub.
İlk olaraq qonağa plantasiya barədə ətraflı məlumat verildi. Daha sonra “Final” çayın emal mərhələlərini əyani şəkildə müşahidə edən E.Hüseynov tarladan süfrələrə qədər bütün prosesləri izləyib. Təbii seylon çayın plantasiyalardan yığılması, münbit şəraitdə qurudulması, fermentasiyası və qablaşdırılmağa hazırlanma mərhələlərinə baxış keçirib. O, həmçinin burada çayın növlərə ayrılması prosesi ilə də yaxından tanış olub.
Qeyd edək ki, yerli bazarda müxtəlif çeşidləri ilə istehlakçılara təqdim olunan “Final” çayı da məhz bu plantasiyaların məhsuludur.
30 ildir ki, dəyişilməyən keyfiyyəti ilə bir klassikaya çevrilən “Final” çay markası əsl seylon çayıdır və istehlakçıların sevimlisinə çevrilərək öz əsrarəngiz dadı ilə çaysevərlərin rəğbətini qazanıb.
- Sabah dənizə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda zəlzələ oldu
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Foto
- Bazar günü hava necə olacaq?
- Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydı
- Bu sahələrdə 20% azalma var - Səbəb
- Müayinə üçün xəstəxanaya gedən qadın öldü
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - Video