Azercell Telekom MMC bütün abunəçilərini mobil operatorun adından paylaşılan əsası olmayan təkliflərə, müxtəlif sosial media kanalları, Vatsap tətbiqi, “iMessage”, SMS və s. üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə, sorğu və ismarışlara reaksiya verməməyə çağırır.
BUTA.TV xəbər verir ki, bu barədə "Azercell"in yaydığı açıqlamada qeyd olunub.
"Bildiririk ki, müvafiq məzmunun "Azercell"ə heç bir aidiyyəti yoxdur və reallığı əks etdirmir.
Eyni zamanda, yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün Azercell Telekom MMC öz abunəçilərinə şübhəli zəng və mesajları cavablamamağı, etibar doğurmayan internet saytlardan istifadə etməməyi, həmçinin cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonlarını nəzarətsiz qoymamağı, şübhəli məzmunlu müxtəlif oyun, yarışma, iş və s. təkliflərdən yararlanmamağı tövsiyə edir", - məlumatda qeyd olunub.
- Türkiyədə mədəndə uçqun baş verdi
- Dünya təcavüzkara adekvat reaksiya göstərməlidir - Zelenski
- Berlində gizli silah anbarı aşkarlandı
- ABŞ-da yeni aviadaşıyıcıya Trampın adı verilə bilər
- Şimali Koreya Rusiyaya 8500 hərbçi göndərir
- Rusiya Krivoy Roqa zərbə endirdi: ölənlər var
- Paytaxtın 2 rayonunda yol bağlanır - Adlar
- 1640-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi