Azercell mobil texnologiyalar üzrə sənaye liderlərini Bakıda qonaq edəcək
Bakı “GSMA M360 Eurasia 2023” konfransının ev sahibi olaraq region üzrə tənzimləyici qurumların nümayəndələrini, ekspertlərini, aparıcı mobil operatorların və rəqəmsal korporasiyaların rəhbərlərini bir araya toplayacaq. Bölgənin ən nüfuzlu texnoloji tədbiri 16-17 may tarixlərində “Four Seasons” mehmanxanasında baş tutacaq. Tədbirə qatılmaq istəyən texnologiya mütəxəssisləri GSMA M360 Registration Page səhifəsində ödənişsiz əsaslarla onlayn qeydiyyatdan keçərək rəqəmsal dəvətnamələrini əldə edə bilərlər.
Tədbir sənayenin əsas tendensiyalarını və mühüm çağırışlarını müzakirə etmək üçün əla platforma olacaq. Konfrans gələcək inkişaf üçün rəqəmsal davamlılıq, müştəri vertikalının gücləndirilməsi, 5G və infrastrukturun gələcəyi, Əşyaların İnterneti, Süni İntellekt və Maşın Öyrənməsi, Fintek, kibertəhlükəsizlik kimi bir sıra aktual mövzuları əhatə edəcək. Tədbirin gündəliyi ilə GSMA M360 Agenda səhifəsində tanış olmaq mümkündür.
Qeyd edək ki, “GSMA M360 EURASIA 2023” konfransı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə keçiriləcək. Tədbirin baş sponsoru qismində Azercell çıxış edəcək.
Tədbir haqqında daha ətraflı məlumat üçün https://www.mobile360series.com/eurasia səhifəsinə keçid etmək xahiş olunur.
- Sabah dənizə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda zəlzələ oldu
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Foto
- Bazar günü hava necə olacaq?
- Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydı
- Bu sahələrdə 20% azalma var - Səbəb
- Müayinə üçün xəstəxanaya gedən qadın öldü
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - Video