Vaşinqtonda davam edən danışıqların müəyyən detalları media tərəfindən tirajlanır.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri “münasibətlərin tənzimlənməsi sazişi” üzərində müzakirələr aparır.
Artıq bir neçə gündür davam edən danışıqlarda yekun nəticələrin olacağı gözləntisi böyükdür.
Ermənistan mediası isə yazır ki, İrəvan artıq Qarabağ məsələsində Bakının gündəliyini qəbul edib, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan da dünənki çıxışında bəyan etdi.
“Hraparak” nəşri isə mənbələrə istinadən yazır ki, imzalanacaq sənədə Qarabağ məsələsi daxil edilməyib:
“Müzakirə edilən məsələlərdən biri Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinin qorunmasıdır, bu məsələdə Azərbaycan ciddi zəmanətlər verəcək. Lakin əsas mübahisəli və razılaşdırılmayan məsələ anklavlardır. Bakı bununla bağlı israrını davam etdirir”.
Qeyd edək ki, söhbət Qazaxın 7 kəndi və Kərki kəndindən gedir. Bu kəndlər delimitasiya prosesində Azərbaycana qaytarılmalıdır.
- ABŞ-da yeni aviadaşıyıcıya Trampın adı verilə bilər
- Şimali Koreya Rusiyaya 8500 hərbçi göndərir
- Rusiya Krivoy Roqa zərbə endirdi: ölənlər var
- Paytaxtın 2 rayonunda yol bağlanır - Adlar
- 1640-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- 43 yaşlı kişi traktor sürərkən minaya düşdü - 3 qurum birgə məlumat yaydı
- İsveçdə məktəbə silahlı hücum: yaralılar var
- Planetin ən yaşlı qadını 117 yaşını qeyd edir