Rusiya hökuməti regional uçuşlar həyata keçirən aviaşirkətlərə dövlət dəstəyini azaltdığı üçün daşıyıcılar əvvəlcədən planlaşdırılmış reysləri təxirə salmalı olublar.
BUTA.TV xəbər verir ki, bu barədə “İzvestiya” nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, dövlət tərəfindən ayrılan subsidilar kəskin azaldılıb. Belə ki, ayrılan subsidiyalar 9 milyard rubldan 1.5-1.4 milyard rubla düşüb.
Mənbənin məlumatına görə, dəstəyin azalması dövlət büdcəsi xərclərinin sekvestrləşdirilməsi hesabına baş verib.
“Rosaviasiya” aviaşirkətlərin regional hakimiyyət orqanları ilə uçuşların müştərək maliyyələşdirilməsinə dair müqavilələr bağlamadığı marşrutları da proqramdan çıxarıb. Proqrama daxil olmayan marşrutların əksəriyyəti Omsk və Tümen vilayətləri, Tatarıstan, Sankt-Peterburq, Dağıstan və Şimali Osetiya istiqamətlərində həyata keçirilən reyslərdir.
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Bakıda baş verən partlayışın – Anbaan videosu
- Ata və iki azyaşlı övladı su anbarında batdı
- Laçına dolu düşdü
- Yasamaldakı partlayışın kamera - Görüntüləri
- Masazırda maşın yandı - Video
- Bakıda maşın kanalizasiya kollektoruna düşdü - Video
- Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış