Qərbin sanksiyaları Rusiyanın qızıl satışına mane ola bilmir, çünki az tanınan vasitəçi şirkətlər başqa ölkələrdə yeni alıcılar tapırlar.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” nəşri məlumat yayıb.
Məlumata görə, əvvəllər Londona gönədərilən rus qızılı indi BƏƏ, Honkonq və Türkiyəyə axır.
“Brink's Co.” və “Loomis” şirkətləri Ukraynada müharibə başlayandan sonra rus qızılının daşınmasını dayandırdılar. Lakin boşluq başqa şirkətlər tərəfindən dolduruldu. 2022-ci ilin mart-avqust aylarında Honkonq vasitəsilə 300 milyon dollarlıq Rusiya qızılı göndərilib. Həmin dövrdə İstanbul hava limanından təxminən 305 milyon dollarlıq Rusiya qızılı aparılılıb. BƏƏ də Rusiya qızılının əsas ixrac məkanına çevrilib. Bu müddət ərzində Dubay Azad Zonası və qızıl bazarı ofisləri ilə treyder olan “Paloma Precious DMCC” 109 milyon dollar dəyərində qızıl idxal edib”, - nəşr bildirib.
44 günlükdəki kimi hücumla üz-üzəyik: bu, əsl müharibədir! - Beqoyan
“Blumberq” qeyd edib ki, Dubayda bəzi treyderlər özlərini taxıl ticarətçisi kimi təqdim edirlər.
- İdmançımız qəzaya düşdü - Anbaan video
- Qazaxda mina partlayışı: xəsarət alan var
- ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir
- Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?
- C-130 buna görə qəzaya uğrayıb - “A Haber”
- Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım - Foto
- 44 günlükdəki kimi hücumla üz-üzəyik: bu, əsl müharibədir! - Beqoyan
- Bakı və Ankaranın həmrəyliyi bu düyünü açacaq - Ekspert