Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ərəfəsində zəmanəmizin dahi şəxsiyyəti, müasir Azərbaycan dövlətinin qurucusu, Milli Sərhəd Strategiyasının banisi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramının bildirilməsi məqsədilə Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən xidmətdə fərqlənmiş bir qrup sərhədçinin Böyük Qafqaz sıra dağlarının Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil olunub.
Bu barədə BUTA.TV-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Xidmətin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirakçıları sərt iqlim şəraitində mürəkkəb relyefə malik olan dağlıq ərazini böyük ruh yüksəkliyi və əzmkarlıqla fəth edərək təyin olunmuş zirvəyə qalxıb, orada Azərbaycanın Dövlət Bayrağını və “Həyatı nəsillərə nümunə olan və xalqın qəlbində əbədi yaşayan Ümummilli Lider Heydər Əliyev – 100 il” sözləri yazılmış barneli ucaltmış, Dövlət Himnini ifa ediblər.
Yürüş iştirakçıları zirvədə “Müasir Azərbaycanın memarı və qurucusu, Dövlət Sərhəd Xidmətinin yaradıcısı Dahi Öndər Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaqdır” sözləri əks olunmuş metal lövhəni qaya üzərində bərkidiblər.
44 günlükdəki kimi hücumla üz-üzəyik: bu, əsl müharibədir! - Beqoyan
- İdmançımız qəzaya düşdü - Anbaan video
- Qazaxda mina partlayışı: xəsarət alan var
- ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir
- Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?
- C-130 buna görə qəzaya uğrayıb - “A Haber”
- Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım - Foto
- 44 günlükdəki kimi hücumla üz-üzəyik: bu, əsl müharibədir! - Beqoyan
- Bakı və Ankaranın həmrəyliyi bu düyünü açacaq - Ekspert