Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Azadlıq prospekti” stansiyasında təlim keçirilib.
Bu barədə BUTA.TV-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.
Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.
Əvvəlcə FHN-in “112” qaynar telefon xəttinə metronun “Azadlıq prospekti” stansiyası ərazisində yerləşən 10 saylı şaxtanın idarəetmə şkafında baş vermiş şərti qısaqapanma nəticəsində şaxtada qatı tüstülənmə və yanğının yaranması barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.
Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 4 ədəd texnikası və 36 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
- İranda Allaha inanmayanların sayı... – Heyrətamiz nəticə
- Britaniya şirkəti Qarabağda filiz hasilatına başladı
- Rusiya Kiyevdə Azərbaycan səfirliyinin yaxınlığını bombaladı
- Azərbaycan bayrağı Ermənistanda trend oldu - Foto
- Əliyev Rusiyadan rəsmi etiraf tələb etdi - Xarici KİV
- DİN Xırdalandakı görüntülərlə bağlı açıqlama yaydı - VİDEO
- “Naftalanda müalicə almağı da mənə çox görürlər? Ayıb olsun!” - Tahir Kərimli
- “Paşinyanın əsli bizim rayondandır, onu görsəm...” - Misir Mərdanov