Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının təməlinin qoyulması mərasimində iştirak edib.
BUTA.TV-ın xəbərinə görə, dövlət başçısına xəstəxana binasının layihəsi barədə məlumat verilib.
Bildirilib ki, 4,5 hektardan çox ərazidə inşa olunacaq bu tibb müəssisəsi inzibati binadan, stasionar və ambulator xidmət hissələrindən ibarət olacaq. Stasionar xidmət hissəsində qəbul, terapiya, cərrahiyyə, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək. Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından ibarət olacaq.
Müalicə ocağı ən müasir tələblərə cavab verən tibbi avadanlıq, o cümlədən kompüter tomoqrafiya, maqnit-rezonans tomoqrafiya, angioqrafiya və digər cihazlarla təchiz ediləcək.
Prezident İlham Əliyev xəstəxana binasının təməlini qoyub.
- Planetin ən yaşlı qadını 117 yaşını qeyd edir
- ABŞ-la müharibəni indi bitirsək daha yaxşıdır...
- Rusiya bu adada virus laboratoriyası yaradıb
- Rus ordusu bu yaşayış məntəqəsini işğal etdi
- Məktəbli formaları ilə bağlı valideynlərə - Çağırış
- Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı
- Türkiyə Netanyahu haqqında qırmızı bülleten tələb etdi
- Seyran Hüseynova general-mayor rütbəsi verildi