Ötən gün fasiləsiz yağışların yağması Hacıqabul rayonu ərazisində yerləşən Pirsaat su anbarına da təsir göstərib.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, anbarın qidalandığı Pirsaat çayında bol sululuq yarandığından 5 ildən sonra yazda ilk dəfə olaraq anbar su ilə dolub.
Hacıqabul Rayon Suvarma Sistemləri İdarəsindən “Report”un yerli bürosuna verilən məlumata görə, Pirsaat su anbarının 60 faizi su ilə dolub. Çayda bol sululuq yarandığından anbarın da tam dolması gözlənilir. Hazırda əkin sahələrinin suvarılması üçün əhaliyə su verilir. Hələlik suvarma suyu sarıdan elə bir problem yaşanmır.
Qeyd edək ki, rayonun Qubalı-Baloğlan, Rəncbər, Navahi, Atbulaq və Qızılburun kəndələrinin ərazisində olan 7200 hektar əkinə yaralı torpaq sahəsi Pirsaat su anbarının vasitəsi ilə suvarılır. Son 5 ildə anbarda su olmadığından əhali əkin-biçinlə məşğul olmaqdan məhrum olmuşdu.
- Planetin ən yaşlı qadını 117 yaşını qeyd edir
- ABŞ-la müharibəni indi bitirsək daha yaxşıdır...
- Rusiya bu adada virus laboratoriyası yaradıb
- Rus ordusu bu yaşayış məntəqəsini işğal etdi
- Məktəbli formaları ilə bağlı valideynlərə - Çağırış
- Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı
- Türkiyə Netanyahu haqqında qırmızı bülleten tələb etdi
- Seyran Hüseynova general-mayor rütbəsi verildi